Tiflisdə "Kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir

Tiflisdə "Kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir
# 14 dekabr 2015 13:56 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtı Tiflis şəhərində "Kibercinayətkarlıq ilə mübarizədə beynəlxalq əməkdaşlıq" mövzusunda üçgünlük beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları, beynəlxalq ekspertlər qatılıblar.

Tədbirdə iştirak edən Azərbaycanın Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru Rövşən Ağayev APA-ya konfransın böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Azərbaycan dövləti bu sahədə konvensiyaya 2010-cu ildən qoşulub. Bu sahədə Avropa Şurası ölkələri ilə əməkdaşlıq edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR