Polşada avtobusla tramvay toqquşub, 25 nəfər xəsarət alıb

Polşada avtobusla tramvay toqquşub, 25 nəfər xəsarət alıb
# 29 iyun 2016 23:50 (UTC +04:00)

Bakı-APA. Polşanın Lodz şəhərində tramvay sərnişin avtobusu ilə toqquşub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yol qəzası nəticəsində 25 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

İlkin məlumata görə, qəzaya avtobus sürücüsünün manevr qaydalarını pozması səbəb olub. Qəza zamanı xəsarət alanların əksəriyyəti avtobusdakı sərnişinlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR