İran vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb

İran vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb
# 19 mart 2016 08:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 9 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan İran İslam Respublikası vətəndaşı, 1962-ci il təvəllüdlü Məcid Süleymanzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR