Salyan sakini avtomobil altında qalaraq ölüb

Salyan sakini avtomobil altında qalaraq ölüb
# 02 aprel 2016 15:37 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyanda bədbəxt hadisə baş verib.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Çuxanlı kəndi ərazisində qeydə alınıb. Noxudlu kənd sakini Əzizağa Nuriyev idarə etdiyi avtomobilini təmir edərkən maşının altında qalıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR