Mərkəzi Bank: Sosial şəbəkələrdə yayılan məktub saxtadır

Mərkəzi Bank: Sosial şəbəkələrdə yayılan məktub saxtadır
# 11 mart 2016 07:05 (UTC +04:00)

Bakı - APA-Economics. Mərkəzi Bank bu orqanın İdarə Heyəti sədrinin müavini adından sosial şəbəkələrdə məktubun yayılmasına münasibət bildirib.

"APA-Economics" xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda deyilir: "Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR