MM sədri: "Minsk Qrupunun bugünkü toplantısından da heç nə gözləmirik”

MM sədri: "Minsk Qrupunun bugünkü toplantısından da heç nə gözləmirik”
# 05 aprel 2016 10:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Artıq ATƏT Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

O qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də onların indiyə qədər konkret iş görə bilməməsidir: “Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR