Xızıda baş verən yol qəzasında ər və arvad ölüb

Xızıda baş verən yol qəzasında ər və arvad ölüb
# 15 avqust 2016 11:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 18 radələrində Xızı şəhərində Sumqayıt şəhər sakini Aysel Əliyevanın idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Cavid Əmirxanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Əliyeva hadisə yerində, sərnişini - həyat yoldaşı Elşən Əliyev isə xəstəxanada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR