Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Avqust
# 01 avqust 2016 18:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neft maraqların gerçəkləşməsində siyasi alət olaraq qalır. Türkiyənin xarici siyasətdə Rusiyaya doğru 180 dərəcəlik dönüşü Yaxın Şərqdə bütün daşları yerindən oynadıb, Ankara-Moskva yaxınlaşması ilə neftin qiyməti də ucuzlaşmağa başlayıb. İki proses arasında əlaqə olduğunu qəbul etməyənlər də var, amma fakt odur ki, eyni zamanda həm ABŞ-da, həm də OPEK ölkələrində neft hasilatı artıq ikinci həftədir durmadan artır. Bazarda təklifin artması isə qiymətlərin ucuzlaşmasına səbəb olur. Enmə hansı həddə kimi davam edəcək? İqtisadi qanunauyğunluqlar baxımından proqnoz vermək çətindir, çünki qiymətlərin formalaşmasına siyasi faktorlar daha çox təsir göstərir. Bu mənada neftin hansı həddədək ucuzlaşacağı dünyada güclər balansının dəyişməsindən asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR