Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə işçi qrupunun iclası keçirilir

Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə işçi qrupunun iclası keçirilir
# 29 yanvar 2016 13:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə işçi qrupunun iclası keçirilir.

Xəzər Dəniz Gəmiçiliyindən “APA-Economics”ə verilən məlumata görə, Qazaxıstan Dəmir Yolunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ukrayna dəmiryol qurumlarının, Bakı, Batumi və Aktau limanlarının, Çin, Ukrayna və Rumıniyanın logistika şirkətlərinin nümayəndələri iştirak edirlər.

İclasın gündəliyində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin 2015-ci ildə fəaliyyətinin yekunları və 2016-cı il üçün iş planı, TBNM-in təbliğatı məqsədilə Çində və Avropa ölkələrində təşkil olunmuş “Roud-şou” adlı reklam kampaniyasının nəticələri, TBNM üzrə beynəlxalq konsorsiumun yaradılması və koordinasiya komitəsinə yeni üzvlərin qoşulması ilə bağlı məsələlər yer alıb. Gündəliyin sonuncu məsələsi ilə əlaqədar qeyd etmək lazımdır ki, Ukrayna Dəmir Yolunun, “Ukrferri” və “Translogist SRL” (Rumıniya) şirkətlərinin koordinasiya komitəsinə qoşulması TBNM-nin getdikcə artan nüfuzundan xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR