Gəncədə 111 yaşlı seçici məntəqədə səs verib

Gəncədə 111 yaşlı seçici məntəqədə səs verib
# 26 sentyabr 2016 10:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərinin ən yaşlı seçicisi məntəqədə səs verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1905-ci il təvəllüdlü Zəhra Əhmədova 38 saylı Nizami ikinci seçki dairəsinin 20 saylı seçki məntəqəsində referendumla bağlı keçirilən səsvermədə iştirak edib. Sağlamlığında ciddi problem olmayan Z. Əhmədova seçkidə iştirak etməyin vətəndaşlıq borcu olduğunu deyib.

Məntəqə sədri Elenora Əsgərova bildirib ki, 111 yaşlı Zəhra Əhmədova bütün seçkilərdə məntəqəyə gəlib səs verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR