Bakıda 24 yaşlı qız intihar edib

Bakıda 24 yaşlı qız intihar edib
# 02 sentyabr 2016 07:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Orada yaşayan, 1992-ci il təvəllüdlü Zülfiyyə Rəfael qızı Əsədova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR