Salyanda traktor elektrik xəttinə ilişib, yanğın baş verib

Salyanda traktor elektrik xəttinə ilişib, yanğın baş verib
# 17 iyul 2016 11:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Salyan rayonu, Həsənli kəndində vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusuna yığılmış ot bağlaması yüksək gərginlikli hava elektrik xəttinə ilişərək yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı qoşquya yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

Hadisə zamanı bir nəfər vətəndaşı cərəyan vurma nəticəsində müxtəlif bədən xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR