Rusiya XİN-in departament rəhbəri: “Ermənistan Rusiyanın müttəfiqi, Azərbaycan isə strateji tərəfdaşıdır”

Rusiya XİN-in departament rəhbəri: “Ermənistan Rusiyanın müttəfiqi, Azərbaycan isə strateji tərəfdaşıdır”
# 20 may 2016 09:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya və Ermənistanın müttəfiqlik münasibətləri var. Lakin Azərbaycanla münasibətlər müttəfiqlik yox, strateji tərəfdaşlıq münasibətləridir”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Aleksey Pavlovski Moskvada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər iki sözün mənası kifayət qədər aydındır: "Tərəfdaşlıq o deməkdir ki, biz qarşılıqlı əlaqədəyik. Strateji tərəfdaşlıq isə o deməkdir ki, bu əlaqələr uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Rusiya-Azərbaycan münasibətlərinin əsasında dayanan obyektiv faktorlar aydındır: coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyada böyük Azərbaycan diasporunun mövcudluğu. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın müttəfiqi deyil. Ermənistanla bizim hərbi-siyasi müttəfiqliyimiz, qarşlıqlı yardım, o cümlədən, hərbi yardım barədə razılaşmalarımız var”.

Diplomatın sözlərinə görə, fərq məhz burdadır. "Ermənistan və Azərbaycanla münasibətlərə bərabər səviyyədə yanaşıldığını söyləmək doğru deyil. Əlbəttə, çox az adam bu vacib detallara diqqət yetirir”, - deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR