Bakıda şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 02 iyun 2016 13:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhin Allahverdiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ruhin Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş.

Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR