Azərbaycanda nazirin qohumunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 Azərbaycanda nazirin qohumunu öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 15 dekabr 2015 12:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Eynulla Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, iş adamı 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib. Məlumata görə, E. Hacıyev R. Vəliyevin evində gözətçi işləyib.

Onu da qeyd edək ki, qətlə yetirilən R.Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR