Artur Rasizadə: “Neftin qiymətinin düşməsi və geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb”

Artur Rasizadə: “Neftin qiymətinin düşməsi və geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb”
# 15 mart 2016 09:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb”.


APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatla çıxış edən baş nazir Artur Rasizadə deyib. O bildirib ki, belə bir vaxtda ölkədə iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil: “Şübhəsiz ki, ötən il əldə olunmuş nailiyyətlər əvvəlki illərdə əsası qoyulmuş iqtisadi potensialın və prezident İlham Əliyevin düşünülmüş, ardıcıl iqtisadi siyasəti nəticəsində mümkün olub. Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Ötən il görülmüş işlər də bu məqsədlərə xidmət edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR