"Baku Bus"ın avtobusları daşa basılıb, sərnişinlər xəsarət alıb

"Baku Bus"ın avtobusları daşa basılıb, sərnişinlər xəsarət alıb
# 26 yanvar 2016 13:01 (UTC +04:00)

Bakı - APA-Economics. "Baku Bus" MMC-yə məxsus 3 ədəd 14 saylı avtobus daşa basılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə MMC rəsmisi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, hadisə yanvarın 23-də 17:00 - 17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində baş verib. Hadisə zamanı avtobusların içərisində sərnişinlər olub: "Son bir ayda dəfələrlə avtobuslarımıza bir qrup şəxs tərəfindən daş atılması yekunda həm dövlət əmlakına ziyan vurulması, həm də sərnişinə bədən xəsarəti yetirilməsi ilə nəticələndi. Zərərçəkən var. Araşdırılma getdiyindən hadisəni törədənlər barədə məlumat verə bilməsək də, məsələnin mahiyyəti ilə əlaqədar sizi məlumatlandırmaq istədik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR