Şəmkir rayon sakini bıçaqlanıb

Şəmkir rayon sakini bıçaqlanıb
# 20 mart 2016 07:05 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Düyərli kənd sakini 1986-cı il təvəllüdlü Vasif Musayev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə V. Musayev qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR