“Elm haqqında” qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq

“Elm haqqında” qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq
# 23 fevral 2016 10:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Millim Məclisinin bu gün keçirilən iclasının gündəliyindən “Elm haqqında” qanun layihəsinin müzakirəsi çıxarılıb.

APA-nın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, bu gün büdcənin yenilənməsi məsələsi müzakirə olunacağı üçün digər qanun layihəsinin müzakirəsinə vaxt çatmayacaq. Parlament sədri əlavə edib ki, “Elm haqqında” qanun layihəsi növbəti iclasda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bugünkü iclasda “Elm haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR