Xarkovda keyfiyyətsiz alkoqollu içki 23 nəfərin ölümünə səbəb olub

Xarkovda keyfiyyətsiz alkoqollu içki 23 nəfərin ölümünə səbəb olub
# 27 sentyabr 2016 21:52 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Xarkov vilayətində keyfiyyətsiz alkoqollu içki 23 nəfərin ölümünə səbəb olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, keyfiyyətsiz alkoqollu içkidən zəhərlənmə halları sentyabrın 21-dən qeydə alınmağa başlayıb. İki gün sonra Xarkov vilayətində artıq 11 nəfərin öldüyü məlum olub.

Alkoqollu içkidən zəhərlənmə halları vilayətin 6 rayonunda və Xarkov şəhərində qeydə alınıb.

Donetsk vilayətinin Liman şəhərində ötən gün 5 nəfər keyfiyyətsiz alkoqollu içkidən ölüb. Nikolayev şəhərinin Ternovka qəsəbəsində isə son bir həftə ərzində 7 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR