Rusiyada söndürülməmiş siqaret evdə 2 nəfərin yanmasına səbəb olub

Rusiyada söndürülməmiş siqaret evdə 2 nəfərin yanmasına səbəb olub
# 25 sentyabr 2016 16:47 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Altay diyarında Ust-Kalmanka kəndində taxta ev yanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn yanğınsöndürmə briqadası 10 dəqiqə ərzində yanğını söndürüb.

Yanan evdə bir qadın və bir kişi cəsədi aşkarlanıb. Araşdırma zamanı yanğının söndürülməmiş siqaretdən qaynaqlandığı üzə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR