"Bank Respublika" kapitalını artırır

"Bank Respublika" kapitalını artırır
# 19 sentyabr 2016 14:40 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyulun 15-də “Bank Respublika” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın nizamnamə kapitalını 20 mln. manat artırılmasına dair qərar qəbul olunub.

"APA-Economics" bankın yaydığı məlumata istinadən xəbər verir ki, bu qərar əsasında sentyabrın 15-də səhmlərin alınması məqsədi ilə bankın mövcud səhmdarları tərəfindən Milli Depozit Mərkəzinə 20 mln. manat köçürülüb.

Beləliklə, bankın kapitalı 53% artaraq 57,5 mln. manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR