Nursultan Nazarbayev digər ölkələri Qazaxıstanı demokratiya yolunda “təqib etməməyə” çağırıb

Nursultan Nazarbayev digər ölkələri Qazaxıstanı demokratiya yolunda “təqib etməməyə” çağırıb
# 20 mart 2016 11:26 (UTC +04:00)

Bakı-APA. Qazaxıstn prezidenti Nursultan Nazarbayev digər ölkələri Qazaxıstanı demokratiya yolunda “təqib etməməyə” çağırıb.

APA-nın “Novosti-Kazaxıstan”a istinadən verdiyi məlumata görə, Qazaxıstan parlamentinə keçirildən seçkilərlə əlaqədar səs verdikdən sonra jurnalistlərin suallarını cavablandıran N. Nazarbayev deyib ki, demokratiya yolun başlanğıcı deyil, yolun sonudur.

Qazaxıstan prezidenti bildirib ki, tədricən islahatlar həyata keçirməklə, qanunlar qəbul etməklə demokratiya istiqamətində irəliləyirlər: “Bizi təqib etmək lazım deyil, çünki biz fərqliyik, bura Asiyadır. Bizdə fərqli münasibətlər, ailə münasibətləri, digər din və insanlar arasında fərqli imkanlar var”.

N. Nazarbayev qeyd edib ki, Qazaxıstan dünyada sülh uğrunda mübarizə aparır, nüvə silahından imtina təşəbbüslərinə qoşulub: “Biz inteqrasiya, bütün xalqların yaxınlaşması vasitəsi ilə sülhün təmin edilməsinə çalışırıq və bu işimizi davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR