Azərbaycan fond bazarında brokerlərin avqust ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin avqust ayı üçün renkinqi
# 06 sentyabr 2016 15:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin avqust ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 72 mln. 487 min 987,64 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 25 mln. 755,115 min manat olan broker xidmətləri göstərmiş "Unicapital İnvestisiya Şirkəti" ASC tutub. Renkinqdə üçüncü yerdə 18 mln. 345 min 726,12 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 4 mln. 231 min 662,20 manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

Brokerlərin avqust ayı üçün renkinqi:

2016-cı il Avqust ayı üzrə BFB-nin DQK və KQK bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq)

göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

1

“Paşa Kapital İnvestisiya Şirkəti” QSC

72,487,987.64

2

2

"Unicapital İnvestisiya Şirkəti" ASC

25,755,114.62

3

3

"AzFinance İnvestisiya Şirkəti" QSC

18,345,726.12

4

4

"Kapital Menecment İnvestisiya Şirkəti" ASC

4,231,662.20

Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR