Bakı. Ramiz Mikayıloğlu-APA. Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Mülayim qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi
Azərbaycanın rayonlarında aprelin 4-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.