Türkiyədə partlayışdan sonra “Facebook”, “Twitter” və “YouTube”-yə giriş məhdudlaşdırılıb

Türkiyədə partlayışdan sonra “Facebook”, “Twitter” və “YouTube”-yə giriş məhdudlaşdırılıb
# 20 mart 2016 00:28 (UTC +04:00)

Bakı-APA. Türkiyə istifadəçiləri İstanbulda ötən gün törədilən partlayışdan sonra “Facebook”, “Twitter” və “YouTube” sosial şəbəkələrinə girişin tam və ya qismən məhdudlaşdırıldığı barədə məlumat yayıblar.

APA-nın məlumatına görə, sosial şəbəkələrin bloklanması barədə rəsmi məlumat olmasa da, girişdə müəyyən problemlərin olması barədə məlumat yayılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Teleradio Yayımları Ali Şurası İstanbuldakı terror aktını işıqlandırılmasına qadağa qoyub.

Qadağa canlı yayımda hadisə yerinin, partlayış anının və hadisə qurbanlarının görüntülənməsinin qarşısını almaq üçün tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR