"Fitch" Azərbaycanın reytinqini dəyişib

"Fitch" Azərbaycanın reytinqini dəyişib
# 27 fevral 2016 03:30 (UTC +04:00)

Bakı-APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.

"APA-Economics" xəbər verir ki, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.

Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "mənfi"dir. Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.

Xatırladaq ki, yanvarın sonunda "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR