Bakıda avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb

Bakıda avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb
# 10 oktyabr 2016 08:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda minik avtomobili aşıb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ-Hövsan yolunda qeydə alınıb. 47 yaşlı Azər Dadaşlı idarə etdiyi “Land Cruiser” markalı avtomobili aşırıb. Nəticədə sürücü və avyomobildə olan ailə üzvləri – Tahirə Dadaşlı və 12 yaşlı Ağa Dadaşlı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR