Torpaq sahələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

Torpaq sahələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
# 10 mart 2016 12:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il ərzində 500-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib.

APA-Economics”in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

2015-ci il ərzində əvvəllər bağlanılmış və müqavilə müddəti başa çatmış 800-dək obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılıb, 400-ə yaxın icarə müqaviləsi ləğv edilib.

Hesabat dövründə 470 obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı 43 sərəncam verilib. Özəlləşdirilmiş 470 torpaq sahəsinin 295-i dövlət müəssisə və obyektlərin yerləşdiyi, 175-i qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri təşkil edir. 2015-ci il ərzində torpaq sahələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə 14 mln. manata yaxın vəsait ödənilib.

Hesabat dövrü ərzində torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 56 sərəncam əsasında 318 torpaq sahəsinə icarə müqaviləsi bağlanılıb. Hazırda qüvvədə olan icarə müqavilələrinin sayı 670 ədəd təşkil edir.

Torpaq sahələrinin icarəsindən daxilolma 4,7 mln. manatdan çox olub ki, bu da plan-proqnoz tapşırıqlarının 105,2% yerinə yetirilməsi deməkdir.

Hesabat dövrü ərzində 13 ərazi üzrə torpaq müsabiqə və hərrac komissiyası tərəfindən bələdiyyə mülkiyyətində olan 480 torpaq sahəsindən 452-si üzrə mülkiyyətə və ya icarəyə verilməsi məqsədi ilə 61 müsabiqə və hərrac keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR