Bugünkü hərracda 24 bank 100 mln. dollar alıb

Bugünkü hərracda 24 bank 100 mln. dollar alıb
# 14 iyul 2016 11:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bank tərəfindən hər biri 50 mln. ABŞ dolları olmaqla, ümumilikdə 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

ARDNF-dan "APA-Economics"ə verilən məlumata görə, vəsait 24 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR