Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti III atıcılıq turnirinə start verir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti III atıcılıq turnirinə start verir
# 08 aprel 2016 14:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Heydər Əliyevin xatirəsinə həsr edilmiş III atıcılıq turnirinə start verir.

Xidmətdən APA-ya verilən məlumata görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunu artırmaqdan ibarətdir. Turnir may ayının 6-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur. Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR