ABŞ 26 il sonra Orta Şərqə uzaq mənzilli bombardmançı təyyarələr göndərib

ABŞ 26 il sonra Orta Şərqə uzaq mənzilli bombardmançı təyyarələr göndərib
# 10 aprel 2016 14:32 (UTC +04:00)

Bakı-APA. ABŞ 26 ildən sonra ilk dəfə Orta Şərqə B-52 uzaq mənzilli strateji bombardmançı təyyarələr göndərib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinn Komandanlığı ən son 1991-ci ildə Körfəz savaşında istifadə edilmiş B-52 təyyarələrinin Qətərə göndərildiyini açıqlayıb.

Sayı açıqlanmayan təyyarələr Qətərin Əl Udeid hava limanına enib. ABŞ HƏRBİ Hava Qüvvələrinin Komandanlığından general Charles Q. Brown Jr bildirib ki, B-52-lər koalisiya qüvvələrinin gücünü artıracaq.

ABŞ-ın bu həmləsi Rusiyanın Suriyada İŞİD-i vurmaq üçün uzaq mənzilli Tu-22, Tu-95 ve Tu-160-ı təyyarələrindən istifadə etməsindən qısa müddət sonraya təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR