Sumqayıtda mənzildə meyit aşkarlanıb

Sumqayıtda mənzildə meyit aşkarlanıb
# 31 yanvar 2016 22:20 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda mənzildə meyit aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Dərhal FHN-nin Sumaqyıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Onlar mənzildə 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədini aşkar ediblər və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR