Olland Avropa İttifaqı-Türkiyə sammitinin gündəmini açıqlayıb

Olland Avropa İttifaqı-Türkiyə sammitinin gündəmini açıqlayıb
# 20 fevral 2016 02:21 (UTC +04:00)

Bakı-APA. Miqrasiya və sərhədlərə nəzarət məsələləri martda keçiriləcək Avropa İttifaqı-Türkiyə sammitinin əsas mövzularını təşkil edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.

“Məhz miqrasiya və sərhədlərdə nəzarətin təmin edilməsi Şenqen zonasını qoruyub saxlamağa imkan verə bilər. İlk növbədə, bu məsələlər martın əvvəlində Avropa İttifaqı-Türkiyə sammitinin gündəmində olacaq”, deyə F.Olland bildirib.

Fransa prezidenti xatırladıb ki, Türkiyə sərhədinə nəzarətin gücləndirilməsi, eləcə də miqrant axınının monitorinqini həyata keçirmək məqsədi ilə NATO-ya üzv ölkələrin müdafiə nazirləri Alyansın hərbi-dəniz qüvvələrinin Egey dənizinə göndərilməsinə dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR