DİN Qazaxda minaya düşən şəxslə bağlı məlumat yayıb

DİN Qazaxda minaya düşən şəxslə bağlı məlumat yayıb
# 11 aprel 2016 10:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Qazaxda minaya düşən şəxslə bağlı məlumat yayıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da Qazax rayonunun Xanlıqlar kəndində, sərhəd zolağının yaxınlığında kənd sakini Kamal Abbasov minaya düşüb. Xəstəxanaya yerləşdirilmiş K.Abbasovun sol ayağının topuq hissəsi amputasiya olunub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR