Naxçıvan MR təhsil nazirinin müavinlərinin sayı artırılıb

Naxçıvan MR təhsil nazirinin müavinlərinin sayı artırılıb
# 27 yanvar 2016 15:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası (MR) təhsil nazirinin müavinlərinin sayı artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib.

Naxçıvan MR Təhsil Nazirliyi haqqında Əsasnaməyə əsasən indiyə qədər Naxçıvan MR təhsil nazirinin 1 müavini olub. Dəyişikliyə görə bundan sonra təhsil nazirinin 2 müavini olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR