Kürdəmirdə həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Kürdəmirdə həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
# 07 dekabr 2015 14:55 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Həyat yoldaşına yaba ilə çoxsaylı zərbələr endirməklə qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Kürdəmir rayonunun Muğanlı kənd sakini 1973-cü il təvəllüdlü Qasımov Vəfa Rəhman oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu ilin may ayının 15-də Kürdəmir rayonunun Muğanlı kəndində 42 yaşlı Vəfa Qasımov həyat yoldaşı, 1975-ci ildə anadan olmuş Qasımova Raifə Bəylər qızına kəndin yaxınlığındakı torpaq sahəsində yaba ilə çoxsaylı zərbələr endirib. Başından və bədəninin digər nahiyələrindən çoxsaylı deşilmiş xəsarətlər alan qadın hadisə yerində ölüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Vəfa Qasımovu Cinayət Məcəlləsinin 120.2.4, maddəsi ilə təqsirli bilərək 17 il müddətinə azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR