Macarıstan XİN-i Xorvatiyanı suverenliyini pozmaqda ittiham edib

Macarıstan XİN-i Xorvatiyanı suverenliyini pozmaqda ittiham edib
# 19 sentyabr 2015 23:32 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Peter Siyarto qeyd edib ki, Xorvatiyanın qatarın yola salınması məsələsinin guya Serbiya və Aİ rəhbərliyi ilə razılaşdırıldığı iddiası ağ yalandır.

“Miqrantlara şərait yaratmaq əvəzinə, Xorvatiya onları birbaşa Macarıstana göndərir. Budurmu Avropa həmrəyliyi?”, deyə XİN rəhbəri vurğulayıb.

O həmçinin Macarıstanın Xorvatiya ilə sərhəd boyu səddin tikintisini sürətləndirəcəyini qeyd edib.

Bundan əvvəl Macarıstan hakimiyyəti yaydığı bəyanatda, sərhədləri qoruya bilmədiyinə görə Xorvatiyanı Macarıstanı və Avropa İttifaqını pis vəziyyətdə qoymaqda ittiham edib.

Qeyd edək ki, bundan əvvəl Macarıstan hüquq-mühafizə qurumlarının əməkdaşları Xorvatiyadan yola salınmış miqrantlarla dolu qatarı saxlayıb.

Macarıstan XİN rəhbəri Xorvatiyanı miqrantları qanunsuz sərhədi keçməyə təhrik etməkdə günahlandırıb.

Qeyd edək ki, Macarıstan sentyabrın 17-dən Xorvatiya ilə sərhəd boyu səddin tikintisinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR