SOCAR “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza ilə bağlı açıqlama yayıb

SOCAR  “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza ilə bağlı açıqlama yayıb
# 29 yanvar 2016 18:23 (UTC +04:00)

Bakı-APA. SOCAR dekabrın 4-də “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza ilə bağlı yeni məlumat yayıb.

Şirkətdən APA-ya verilən məlumata görə, 2015-ci il, dekabrın 4-də “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.

Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb.

“Günəşli” yatağından təxliyə edilmiş işçilərə lazımi tibbi yardım göstərılib, bir nəfər isə - Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR