Davudoğlu: “Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq”

Davudoğlu: “Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq”
# 14 dekabr 2015 14:24 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu “A Haber”ə müsahibəsində bildirib.

Ə. Davudoğlu qeyd edib ki, Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq: “Biz Başika düşərgəsinə hücumun qarşısını almaq üçün lazımi tədbirlər görmüşük. Türk hərbçiləri orada qalacaqlar. Düşərgənin gücləndirilməsi məqsədilə ora əlavə qüvvələr göndərmişik. Hərbçilərimizin orada mövcudluğunun qanuni olub-olmaması isə müzakirə olunmur”, - deyə o vurğulayıb.

Xatırladaq ki, İraq hökuməti Türkiyə hərbçilərinin ölkə ərazisindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR