"Bakcell" cəbhə bölgəsindəki abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib

"Bakcell" cəbhə bölgəsindəki abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib
# 04 aprel 2016 14:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Bakcell" şirkəti cəbhə bölgələrində vəziyyətin gərginləşməsi və əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan “Bakcell” abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib.


Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) “Bakcell” abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir.

Bununla yanaşı, “Bakcell” cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR