Çində neft-kimya zavodunda yanğın baş verib, ölən və yaralanan var

Çində neft-kimya zavodunda yanğın baş verib, ölən və yaralanan var
# 05 dekabr 2015 04:49 (UTC +04:00)

Bakı-APA. Çinin Lançjou şəhərində neft-kimya zavodunda yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, yanğın boru kəmərinin təmiri zamanı əmələ gəlib.

Hadisə ilə əlaqədar xüsusi komissiya yaradılıb. Zavodun rəhbəri saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR