Misirdə “Airbus A321” partladılmasında şübhəli bilinən qruplaşmanın lideri məhv edilib

Misirdə “Airbus A321” partladılmasında şübhəli bilinən qruplaşmanın lideri məhv edilib
# 05 avqust 2016 02:41 (UTC +04:00)

Bakı-APA. Misir hərbçiləri Rusiyaya məxsus “Airbus A321” partladılmasında şübhəli bilinən “Ənsər Beyt Əl-Məqdis” terror qruplaşmasının liderini məhv ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Məlumata görə, Şimali Sinay yarımadası ərazisində qruplaşma lideri ilə birlikdə 45 silahlı məhv edilib.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında Rusiyanın “Koqalımavia” aviaşirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi terror aktı nəticəsində Sinay üzərində partladılıb. Nəticədə 217 sərnişin və 7 ekipaj üzvü həlak olub.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Konqresdə çıxışı zamanı bildirib ki, təyyarənin partladılmasında “Ənsər Beyt Əl-Məqdis” terror qruplaşmasının əlaqəli olmasına dair məlumatlar əldə olunub. Həmin qruplaşmanın İŞİD-lə əlaqəli olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR