Günəşli” yatağında yanğın baş verən platformada işçilərin təxliyəsi davam edir - YENİLƏNİB

Günəşli” yatağında yanğın baş verən platformada işçilərin təxliyəsi davam edir - <span style="color: red;">YENİLƏNİB
# 04 dekabr 2015 19:13 (UTC +04:00)

Bakı - APA-Economics. “Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyəsi davam edir.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, artıq platformdakı işçilərin bir hiddəsi yanğın baş verən ərazidən çıxarılıb.

“İşçilər arasında ölən və xəsarət alan yoxdur”-deyə bildirilib.

Qeyd edək ki, yanğın baş verən zaman platformada 42 nəfər olub.

Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

***

21:15

Bakı - APA-Economics. Dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib.

APA-nın məlumatına görə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlər davam edir.

Yanğın baş verən zaman platformada 42 nəfər olub.

Hündür dalğalar yanğınsöndürmə işlərinə mane olur. Hazırda platformada olan neftçilər qayıqlarla təxliyə olunur. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur

***

20:50

Bakı - APA-Economics. “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 42 nəfər olub.

SOCAR-dan "APA-Economics"ə bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır: "Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".

Hadisə ilə bağlı SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Həmçinin “Azneft” İstehsalat Birliyində operativ qərargah yaradılıb. Qərargah platformada qalanların yaxınlarına mütəmadi olaraq məlumat verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR