ABŞ-da tornado nəticəsində 2 nəfər ölüb

ABŞ-da tornado nəticəsində 2 nəfər ölüb
# 10 may 2016 04:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Oklahoma ştatında baş verən dağıdıcı tornado nəticəsində 2 nəfər ölüb,


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ştatın eyni adlı paytaxtı yaxınlığında 70 yaşlı kişinin meyiti tapılıb. Daha bir nəfər Conston dairəsində təbii fəlakətin qurbanı olub.


Fox News telekanalının məlumatına əsasən, 41 milyon ABŞ vətəndaşı güclü küləklərin-qasırğaların olduğu ərazilərdə yaşayır. Sinoptiklərin proqnozlarına görə, növbəti tornado Nebraska ştatının əhalisini sınağa çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR