Bingöldə polisə hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB

Bingöldə polisə hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb - <span style="color: red;">YENİLƏNİB
# 01 avqust 2016 20:20 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Bingöl vilayətində polisə hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində daha 4 asayiş keşikçisi yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb. Hücumun PKK silahlıları tərəfindən edildiyi bildirilir.

***

20:19

Bakı-APA. Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 polis əməkdaşı ölüb, 4-ü yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralanan polislər xəstəxanalara çatdırılıb. Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR