Məhkəmə ANS ÇM-in MTRŞ-ya qarşı şikayətlərini təmin etməyib

 Məhkəmə ANS ÇM-in MTRŞ-ya qarşı şikayətlərini təmin etməyib
# 25 aprel 2016 09:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə 3 məhkəmə prosesi keçirilib.

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayətlər üzrə bir qərar qəbul edib. Qərara əsasən, radionun şikayətləri təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarları qüvvəsində saxlanılıb.

Qeyd edək ki, MTRŞ radionun cərimələnməsi ilə bağlı bir neçə qərar qəbul edib. Həmin qərarlarla razılaşmayan radio Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR