Obama: “Rusiyanın Ukraynadakı hərəkətləri NATO üçün əsas təhdidlərdən biridir”

Obama: “Rusiyanın Ukraynadakı hərəkətləri NATO üçün əsas təhdidlərdən biridir”
# 10 iyul 2016 03:44 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama hesab edir ki, 70 illik fəaliyyəti dövründə NATO, Rusiyanın Ukraynadakı hərəkətləri də daxil olmaqla, eyni vaxtda bu qədər təhdidlə hələ üzləşməmişdi.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Obama bu barədə NATO-nun Varşavadakı sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Rusiya müstəqil Avropa ölkəsi olan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozub və NATO-ya üzv ölkələrə qarşı təxribat hərəkətlərə yol verir”, - deyə Obama qeyd edib.

Terrorçuluq və qaçqın böhranı da NATO üçün əsas təhdidlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR