Zərdab və Sumqayıtda yabanı halda bitən çətənə kolları məhv edilib

 Zərdab və Sumqayıtda yabanı halda bitən çətənə kolları məhv edilib
# 11 iyun 2016 11:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Zərdab və Sumqayıtda yabanı halda bitən çətənə kolları məhv edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 273 kiloqram olan 3787 ədəd çətənə kolu, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən isə şəhər ərazisində yabanı halda bitmiş 101 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR