Azərbaycanda dolların məzənnəsi noyabrın 4-dən bəri ən aşağı həddə düşüb

Azərbaycanda dolların məzənnəsi noyabrın 4-dən bəri ən aşağı həddə düşüb
# 10 dekabr 2015 06:40 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün dekabrın 9-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 10-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 9-u ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0492 manat olub. Beləliklə, dolların məzənnəsi cari ilin noyabrın 4-dən bəri ən aşağı həddə enib. Həmin gün dolların manata qarşı məzənnəsi 1,0496 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0094 manat və ya 0,82% artaraq 1,1547 manata yüksəlib. Dolların əksinə olaraq avronun məzənnəsi cari ilin noyabrın 4-dən bəri ən yuxarı həddə qalxıb. Həmin gün avronun manata qarşı məzənnəsi 1,1492 manat olub.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,66% azalaraq 0,0151 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR